EN

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi təlim zamanı yaşayış binalarına bomba atıb

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin canlı atəş təlimi zamanı Poçeon yaxınlığındakı kəndə təsadüfən bomba atması mülki vətəndaşların itkisinə səbəb olub.

Herbiand.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. 

Daha əvvəl bildirilmişdi ki, Poçeon şəhəri yaxınlığındakı İdonq qraflığının kəndlərindən birində artilleriya mərmisi və ya bombanın yaşayış binalarına düşməsi nəticəsində 7 nəfər yaralanıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələri və Quru Qoşunları və ölkədə yerləşən ABŞ hərbçilərinin iştirakı ilə cümə axşamı Gyeonggi əyalətinin Poçeon şəhərindəki Seungjin təlim poliqonunda birgə təlimlər keçirilib. Təıimlərdə F-35A, F-15K, KF-16 və FA-50 döyüş təyyarələri iştirak edib.

Agentliyin məlumatında deyilir: "Hərbi Hava Qüvvələri 8 MK-82 bombasının KF-16 döyüş təyyarəsindən anormal şəkildə atıldığını və sınaq meydançasından kənara düşdüyünü bildirib".

Chosen
61
herbiand.az

1Sources