Meksikanın neft şirkəti “Pemex” alternativ bazarlar axtardığı üçün Asiyada və Avropada potensial alıcılarla danışıqlar aparır.
İndex.az xəbər verir ki, Donald Tramp bu həftə Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edib.
Kanadadan gələn xam neft üçün rüsum 10%-ə endirilsə də, Meksika xam nefti üçün rüsum 25% olaraq qalıb.
“Pemex” ötən il gündəlik 806 min barrel xam neft ixrac edib ki, bunun da 57%-i ABŞ-a gedib.
Yanvar ayında ixrac ötən illə müqayisədə 44% azalaraq 532 min 404 barelə düşüb ki, bu da son on ilin ən aşağı səviyyəsidir.