Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva IX turda Alua Nurmanla (Qazaxıstan) heç-heçə edib.
6,5 xal toplayan təmsilçimiz liderlərdən yarım xal geri qalır və 4-cü yerdə qərarlaşıb.
Lalə Hüseynova və Nərmin Abdinova isə qələbə qazanıblar. Birincinin beş xalı var və 41-ci yerdədir, digər təmsilçimiz isə bir xal az toplayıb və 67-ci mövqedədir.
Kişilərin yarışında çıxış edən şahmatçılarımızdan Xəzər Babazadə 5 xalla 49-cu, Şiroğlan Talıbov isə 4,5 xalla 78-cidir.
İdman.biz