EN

“Unibank”ın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək - TOPLANTI

04 aprel 2025-ci il tarixində, saat 15:00-da “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti  Səhmdarların növbədənkənar Ümumi Yığıncağı  keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən baş tutacaq.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2024-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Chosen
10
3
fed.az

4Sources