1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yanğın törədilib.
Oxu.Az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin sərhəddə törətdiyi yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.