EN

ABŞ-də narazılıq artır: 700 diplomat Rubioya müraciət ünvanlayıb...

700 ABŞ Xarici Xidmət və hökumət işçisi dövlət katibi Marko Rubioya müraciət edərək onu USAİD-in ləğvini dayandırmağa və xarici yardımı davam etdirməyə çağırıb...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, müraciətdə Tramp Adminstrasiyasının atdığı addımlar ABŞ-nin təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirilib.

“Biz administrasiyanın atdığı addımlarla müxalifət olduğumuza görə deyil, həyatımızı Amerikanı daha təhlükəsiz, güclü və firavan etməyə həsr etdiyimiz üçün razılaşmırıq. Mövcud tendensiya Amerikanın gələcəyini təhlükə altına qoyur, qlobal mövqemizi zəiflədir, nüfuzmuzu avtoritar rəqiblərə verir və iqtisadi hökmranlığımızı sarsıdır. Biz ABŞ-nin dünyadakı rəhbərliyinə, təhlükəsizliyinə və mənəvi nüfuzuna düzəlməz zərər dəyməzdən əvvəl kursun düzəldilməsinə çağırırıq”, deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Marko Rubionun namizədliyi Senat tərəfindən yekdilliklə dəstəklənib. ABŞ-də bütün Respublikaçıların və Demokratların namizədə səs verməsi nadir haldır.

Xatırladaq ki, Tramp və Rubio arasında koordinasiyanın olmaması ilk dəfə dövlət katibi jurnalistlərə Tayvanı müdafiə etməyin ABŞ-nin öhdəliyi olduğunu söylədikdə ortaya çıxıb. Sonradan Tramp dövlət katibini təkzib edərək, belə bir öhdəliyin mövcud olmadığını bildirib.

Zelenski ilə görüşdə Rubionun siması da sevinc ifadə etməyib. Daha sonra onun narazılığı ilə bağlı məlumatlar ortaya çıxıb.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources