EN

Alternativ ticarət tərəfdaşları axtaracağıq - Meksika

BAKI, TurkicWorld

Meksika Prezidenti Claudia Sheinbaum ABŞ-ın Meksikadan idxal edilən məhsullara 25% gömrük rüsumu tətbiq etməsi ilə bağlı sərt açıqlama verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Sheinbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bu qərarı qiymətləndirib.

“Meksika heç bir ölkəyə təslim olmayacaq. Lazım gələrsə, suverenlik və ləyaqət çərçivəsində yeni ticarət tərəfdaşları axtaracağıq”. -deyə o bildirib.

Sheinbaum ABŞ Prezidenti Donald Trampla telefon danışığını da xatırladaraq, Meksikanın alternativ ticarət yolları axtara biləcəyini qeyd edib.

“Əgər şərtlər dəyişməzsə, Kanada və digər ölkələrlə yeni ortaqlıqlar quracağıq. Tariflər qüvvədə qalsa, Meksikanın gələcəyi üçün mühüm qərarlar verməliyik”. - deyə o qeyd edib.

O, ölkəsinin iqtisadi müstəqilliyini qorumaq üçün bütün diplomatik və iqtisadi variantların nəzərdən keçiriləcəyini vurğulayıb.

Chosen
20
turkic.world

1Sources