Ailə quran şəxslərin prixoloji durumu da məcburi yoxlanılmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə pediatr Vaqif Qarayev çıxış edib. Anası tərəfindən işgəncələrə məruz qaldığı üçün sığınacağa yerləşdirilən 4 yaşlı uşaqla bağlı danışan həkim bildirib ki, bəzi analar heç uşağa qulluq etməyi də bacarmır:
“Ana azyaşlı övladına işgəncə verib və uşaq valideynlərindən alınaraq sığınacağa yerləşdirilib. Bu kimi hallara qalşı ailə qurmaq istəyənlərin psixoloji durumu da yoxlanılsa yaxşı olar. Həm də məcburi! Söhbət təkcə işgəncə verməkdən getmir. Məncə, uşağa qulluq baxımından da bu müayinə lazımdır. Son vaxtlar gənc anaların nitqini başa düşmək çətindir”.
Nigar