EN

Ruslar Krivoy Roqda oteli raketlə vurdu

Martın 6-da Rusiya ordusunun Krivoy Roqa raket hücumu nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bu gün səhər Telegram-da məlumat verib.

Həlak olanlar iki kişi və bir qadındır.

Hazırda biri uşaq olmaqla 30-dan çox qurban var. Yaralıların əksəriyyəti xəstəxanaya yerləşdirilib, 14 nəfərin vəziyyəti ağırdır.

Oteldən əlavə 14 yaşayış binası, poçt şöbəsi, iyirmiyə yaxın avtomobil, mədəniyyət müəssisəsi və 12 mağaza dağıdılıb.

Xilasedicilər dağıntıları təmizləməyə davam edir.



Xəbər 4 dəfə oxunub.
Chosen
33
xezernews.az

1Sources