Matias Olivera klubu ilə yenidən anlaşıb.
“Napoli” uruqvaylı futbolçu ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2030-cu ilin iyununa qədərdi.
Olivera “Napoli”də 2022-ci ildən çıxış edir. Uruqvay millisinin üzvü bu mövsüm komandada 22 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.