EN

Ukraynaya silah aparan təyyarələr havada geri dönüblər

AzVision.az xəbər verir ki, amerikalı hərbi məmura istinad edən “Sky News” telekanalının yaydığı məlumata əsasən, Ukraynaya gedən təyyarələr göstəriş aldıqdan sonra geri qaytarılıblar.

ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"
Xarici medianın yazdığına görə, Ukrayna ilə sərhəddən 80 kilometr aralıda yerləşən Polşanın Jeşuv aeroportunda Amerika hərbi nəqliyyat aviasiyasının fəaliyyəti xeyli azalıb. Belə ki, mart ayının ilk günlərində ora ABŞ-dən bir təyyarə də enməyib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon Ukraynaya hərbi tədarükün dayandırıldığını, üstəlik, ABŞ kəşfiyyatının Ukrayna ordusu ilə məlumat mübadiləsini dayandırdığını açıqlamışdı. Vaşinqton, həmçinin Ukraynanın HIMARS raket buraxılış sistemləri və uzaqmənzilli zərbələr üçün hava hücumu xəbərdarlığı və hədəf alma sistemlərinin işini dayandırıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
8
azvision.az

1Sources