EN

Qırıcı səhvən bomba atdı, 7 nəfər yaralandı

Cənubi Koreyada təlimlər zamanı qırıcı təyyarə səhvən yaşayış məntəqəsinə bir neçə bomba atıb.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Səhər saat 10 radələrində Poçeonda evin yaxınlığındakı yola mərminin düşməsi barədə xəbər daxil olub. Nəticədə 7 nəfər yüngül və ağır xəsarət alıb, kənddəki kilsə və digər 6 bina dağılıb”, - məlumatda bildirilir.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ABŞ-Cənubi Koreya birgə təlimlərində iştirak edən iki KF-16 qırıcısı səhvən Seuldan 42 km şimal-şərqdə, Poçeondakı Seungjin sınaq poliqonunun kənarına 8 MK-82 bombası atıb.

Chosen
10
publika.az

1Sources