EN

DÇ-2025: Millimiz hansı səbətdə yer alıb?

Martın 11-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi birinci səbətdə yer alıb.

Püşkatma mərasiminin məkanı və başlama saatı daha sonra açıqlanacaq. Tədbirdə turnirdə yarışacaq 8 qrupun iştirakçıları müəyyənləşəcək.

Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi mundial mayın 21-dən iyunun 1-dək baş tutacaq.

Chosen
7
publika.az

1Sources