EN

Avropa Ukraynaya Amerikanın “Patriot” sistemlərinin analoqunu təklif edib

Aİ Ukrayna Silahlı Qüvvələrini Amerika P“Patriot” hava hücumundan müdafiə sistemlərinin analoqu kimi SAMP-T raket sistemləri ilə təmin edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, Amerikadan Kiyevə hərbi yardımın dayandırılmasından sonra Avropa ölkələri Ukraynanı Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin analoqu kimi öz SAMP-T raket sistemləri ilə təmin edə bilər.

“İndiyədək Ukrayna Vaşinqtonun ən qabaqcıl hava hücumundan müdafiə silahı olan və bir neçə müttəfiq tərəfindən də istifadə edilən Amerika “Patriot” sisteminə arxalanırdı. Analitiklər bunun əvəzində Avropanın Kiyevə daha çox SAMP-T raketləri göndərə biləcəyini söyləyirlər”, deyə nəşr yazır.

Söhbət Avropanın Eurosam konsorsiumu tərəfindən hazırlanmış zenit-raket kompleksindən (SAM) gedir. Bu, orta mənzilli yerdən havaya sistemdir. Məqalədə qeyd olunur ki, SAMP-T hava hücumundan müdafiə sistemi İtaliya və Fransa tərəfindən istifadə olunur.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources