EN

“Unibank”ın mənfəəti bölüşdürüləcək

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 4 aprel 2025-ci il tarixində, saat 15:00-da keçiriləcək.

"Cebheinfo.az" “APA-ya istinadən xəbər verir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağında “Unibank” Kommersiya Bankı” ASC-nin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi, eyni zamanda bankın 2024-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi nəzərədə tutulub.

Qeyd edilib ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

"Cebheinfo.az" 

Chosen
11
3
cebheinfo.az

4Sources