EN

ABŞ Ukraynaya yardımın maliyyələşdirilməsinə yenidən baxır

ABŞ administrasiyası Kiyevə yardımın maliyyələşdirilməsini nəzərdən keçirir. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Turkustan.az xəbər verir ki, Ondan ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri şərh etməsi istənilib. “Ağ Evin Milli Təhlükəsizlik Şurası bununla bağlı mənə bildirdi ki, onlar Ukraynanın maliyyələşdirilməsini dayandırıblar və nəzərdən keçirirlər”-deyə, mətbuat katibi cavab verib. O, bunun "nəzarət üçün dayandırılma" olduğunu izah edib.

"Kəşfiyyat məsələlərində mən sizi Milli Təhlükəsizlik Şurasına və ya Mərkəzi Kəşfiyyat İdarəsinə yönləndirərdim"-deyə, Leavitt əlavə edib.

Turkustan.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, dayandırma həmçinin Polşada tranzit zonalarında tranzitdə olan və ya göndərilməsini gözləyən silahlara da şamil edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırıldığını təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
23
turkustan.az

1Sources