EN

Pentaqonun gizli layihəsinin iştirakçısı Marsda nəhəng Piramidanın olduğunu iddia edir

Pentaqonun gizli "Ulduz qapısı" layihəsinin iştirakçısı Co Makmoniql telepatiyadan istifadə edərək Marsın qədim sakinlərinin taleyindən xəbər tutduğunu iddia edib...

 

Poliqon xəbər verir ki, bu barədə onun müsahibəsinə istinadən Metro nəşri məlumat yayıb.

MKİ-nin 1978-ci ildən 1995-ci ilə qədər həyata keçirdiyi layihənin bir hissəsi olaraq, Makmoniql müəyyən koordinatlarda uzaq yerləri telepatik olaraq kəşf etməli idi. Onun tapşırıqlarından biri onu "bizim eradan bir milyon il əvvəl" Marsa aparıb. O, güclü fırtınadan qəribə geyimdə "çox uzun və arıq" məxluqların gizləndiyi nəhəng piramida gördüyünü deyib. Daha sonra o, planetin digər ərazilərini təsvir edərək, "sümükləri və binaların xarabalıqlarını" müşahidə etdiyini iddia edib.

Martın 5-də bildirilib ki, Purdue Universitetinin amerikalı alimləri digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Marsın keçmişdə isti və nəm planet olduğuna dair sübutlar tapıblar. Kəşf Qırmızı Planetdə yüksək rütubət şəraitində və kifayət qədər yüksək temperaturda əmələ gələn mineral olan kaolinitlə zəngin süxurlar aşkar edən NASA-nın Perseverance roverinin köməyi ilə edilib.

Poliqon.info

 

Chosen
15
poliqon.info

1Sources