Bildirib ki, Müasir Rusiya bütün Avropa, o cümlədən Fransa üçün təhlükəyə çevrilib.
News24.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində deyib. Makron Rusiyanın Ukraynada dayanacağına inanmaq üçün heç bir əsas görmədiyini bildirib.
Fransa prezidenti Avropa vətəndaşlarının təhlükəsizliyinin və rifahının artıq etibarlı görünmədiyini qeyd edərək, xüsusilə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üç ildir davam etdiyini, ABŞ-ın Ukraynaya dəstək mövqeyini dəyişdiyini və müttəfiqləri ilə ticarət müharibəsinə başladığını qeyd edib.
"Demək lazımdır: biz yeni dövrə qədəm qoyuruq", - Makron bildirib.
Makron qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibəyə artıq qlobal miqyasda müharibənin konturlarını verib, KXDR-dən qoşunlar və İran silahları gətirir, eyni zamanda Pxenyana və Tehrana kömək edir, Rusiya Avropada Kremlin əleyhdarlarını öldürməkdən çəkinmir.
Fransa prezidenti qeyd edib ki, bu vəziyyətdə "müşahidəçi qalmaq dəlilik olardı".
Makron hesab edir ki, Fransa Ukraynaya kömək etmək, öz vətəndaşlarının və bütövlükdə Avropanın təhlükəsizliyi üçün ciddi qərarlar qəbul etməli olacaq.
Aynurə