EN

Harri Keyndən unikal göstərici

“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayer”lə ilk oyununda dubla imza atıb.

Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü Münhen klubuna keçidindən bəri bütün turnirlərdə 75-ci qolunu vurub.

Bu, 2023-cü ilin yayından indiyə qədər Avropanın Top-5 liqalarında ən yaxşı göstəricidir.

Keyn eyni zamanda qeyd olunan dövrdə Çempionlar Liqasında ən çox qol vuran futbolçu olub (17 qol). Cari mövsüm onun aktivində 9 qol var ki, bu da ÇL-də bir ingilis futbolçusu üçün rekord göstəricidir.

Qeyd edək ki, “Bavariya” “Bayer”i 3:0 hesabı ilə məğlub edib.

Chosen
57
msport.az

1Sources