Almaniya Rusiyadan təbii qaz tədarükünü bərpa etməyi və ya “Şimal axını 2” qaz kəmərini bərpa etməyi planlaşdırmır.
AzPost bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bəyan edib.
O deyib ki, Berlinin Rusiyadan qaz asılılığı yoxdur: “Yenidən Rusiyadan asılı olmaq və ya Rusiya qazının Almaniyaya nəqlini qurmaq planları yoxdur”.