EN

Fransadan hərbi qərar: Rusiyaya qarşı nüvədən istifadə...

Fransa prezidenti Emmanuel Makron gələn həftə Parisdə bütün Avropa ölkələrinin hərbi komandirlərinin iştirakı ilə görüş keçirməyi planlaşdırdığını bildirib.

Publika.az xəbər verir ki, Makron Rusiyanın Fransa və Avropa üçün təhlükəyə çevrildiyini iddia edib.

O, Rusiyadan gələn təhdidlərə qarşı qorumaq üçün avropalı müttəfiqləri ilə nüvədən istifadə məsələsini danışacağını vurğulayıb: "ABŞ-ın Ukrayna və bizim tərəfimizdə olacağına inanmaq istəyirəm, lakin bunun belə olmayacağına hazır olmalıyıq".

Makron Rusiyanın Avropa sərhədlərinə hörmət etmədiyini, Avropaya sülhün ancaq sülhsevər Rusiya ilə gələ biləcəyini vurğulayıb.

Chosen
14
publika.az

1Sources