Castin Qeyci və Rafael Fiziyev UFC313-dən əvvəl mətbuat konfransına çıxıb.
Offsideplus.az xəbər verir ki, əvvəlcə R.Fiziyev "Las Veqasda bir də xəstəxanaya getmək istəmirəm, amma o gedəcək. Elə döyüşürük ki, ikimizdən biri özünü xəstəxanada tapacaq", deyə bildirib.
Media önünə çıxan ABŞ-li döyüşçü Azərbaycan təmsilçisinə belə cavab verib:
"Məncə, istənilən döyüşdə ilk 10 saniyədə nokaut mükəmməl olardı. Amma mənim xəstəxanaya getmək fikrim yoxdur. Sadəcə ümid edirəm ki, sağ qalım və növbəti gün atam və qardaşımla qolf oynamağa çıxım. Lakin indi müharibəyə getməyə hazıram. Nə olacaqsa, olsun".
Qeyd edək ki, Castin Qeyci - Rafael Fiziyev döyüşünün də baş tutacağı UFC313-ün əsas kartı 9 mart saat 07:00-dan etibarən start götürəcək.