EN

Aİ Macarıstanın Ukraynaya yardımla bağlı vetosunu ləğv etməyə hazırlaşır

Avropa İttifaqı Ukrayna Sammitində Macarıstanın vetosundan yan keçməyin yolunu axtarır...

Avropa İttifaqı Macarıstandan gözlənilən vetodan yayınmağın yollarını axtararaq, Ukraynaya yeni hərbi yardımı nəzərdən keçirmək üçün sammitə hazırlaşır.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Avropa ölkələrinin liderləri görüşün əvvəlindən Macarıstanın baş naziri Viktor Orbanı da işə cəlb etməyi gözləyirlər. Agentliyin mənbəsi hesab edir ki, liderlərin bunun üçün uğur şansları azdır.

Agentliyin yazır ki, bu həftənin əvvəlində Orban Aİ ölkələrinə Kiyevə böyük yardımın göstərilməsinə dair sammitin yekun qərarına veto qoymağa hazır olduğunu açıqlayıb.

Bununla bağlı Bloomberg-in mənbələri bildiriblər ki, Avropa Komissiyasının bəzi təklifləri bütün Aİ ölkələrinin təsdiqini tələb etmir, lakin Avropa liderlərinin görüşündə daha radikal tədbirlər də müzakirə olunacaq. Məsələn, Orbanın çoxdan etiraz etdiyi birgə borclar hesabına daha bir neçə yüz milyard dolların Ukraynaya verilməsi də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Aİ-nin fövqəladə sammiti martın 6-da Belçikanın paytaxtında baş tutacaq. Tədbirin əsas mövzularının Ukraynaya yardım və Avropanın silahlanması proqramının təsdiqi olacağı gözlənilir.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources