Bakı. Trend:
Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə BMT-nin İnsanHüquqları Şurasının Cenevrə ofisində Azərbaycanlı QHT-lərtərəfindən anıldı.
Trend xəbərverir ki, Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının Plenarsessiyasında ilk dəfə eyni ard-arda üç Azərbaycan QHT-si çıxışetdi.
Belə ki, 5 mart 2025-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının58-ci sessiyası çərçivəsində Azərbaycan Milli QHT Forumununİdarə Heyətinin sədri Ramil İskəndərli "Erkən xəbərdarlıqvə soyqırımın qarşısının alınması" mövzusunda panel müzakirəsindəçıxış edib.
O, 26 fevral 1992-ci ildə Ermənistanın törətdiyi Xocalısoyqırımı haqqında danışaraq bunun insanlığa qarşı ən ağırcinayətlərdən biri olduğunu vurğulayıb. "Həmin gecə 2000-dən çoxdinc azərbaycanlı amansızcasına qətlə yetirilib", - o bildirib.Həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistansilahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtər şəhərlərində dincəhaliyə qarşı həyata keçirdiyi raket hücumlarını da xatırladıb.
Ədalətin zəfər çaldığını bildirən İskəndərli 2023-cü ildəAzərbaycanın Xocalı üzərində tam suverenliyini bərpa etdiyini qeydedib. "Bu gün Xocalı doğma evinə qayıdan azərbaycanlı ailələr üçünyenidən ümid və sevinc mənbəyinə çevrilib, uşaqların gülüş səsləribir daha eşidilir", - o əlavə edib.
Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimaiBirliyinin sədr müavini Nədimə Rəhimli panel müzakirəsindəçıxış edib.
O, çıxışına Xocalı soyqırımının 33-cü ildönümünü xatırladaraqbaşlayıb və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələritərəfindən törədilən bu vəhşilik nəticəsində 613 dincazərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 yaşlıinsanın amansızcasına qətlə yetirildiyini qeyd edib.
Nədimə Rəhimli çıxışında itkin düşmüş azərbaycanlıların taleyinədiqqət çəkərək bildirib ki, Birinci Qarabağ müharibəsində 1275nəfər girov götürülüb və onlardan 150-nin taleyi bu günədək naməlumolaraq qalır. O vurğulayıb ki, bu soyqırım nəticəsində 8azərbaycanlı ailəsi tamamilə məhv edilib və bu, ermənilərtərəfindən azərbaycanlıları qorxu içində saxlamaq, məcburiköçkünlüyü sürətləndirmək məqsədilə planlaşdırılmış bir aktolub.
Bundan əlavə, panel müzakirəsində “Qarabağın TərəqqisiNaminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova çıxışedərək Azərbaycan QHT-lərinin silsilə çıxışlarını bu mövzu üzrəyekunlaşdırdı.
Çıxışında 26 fevral Xocalı soyqırımının 33-cü ildönümünü birdaha vurğulayıb, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasınınvacibliyini qeyd etdi.
Səfərova, BMT-nin bu cür faciələrin qarşısının alınmasıməqsədilə qurduğu erkən xəbərdarlıq sistemlərinin mövcudluğunabaxmayaraq, bəzən bu mexanizmlərin effektiv olmadığını vəfaciələrin qarşısını almaqda yetərsiz qaldığını bildirdi. "Bumexanizmləri daha effektiv etmək və xalqların öz hüquqlarınıqoruması üçün daxili güclərini formalaşdırması üzərindədüşünməliyik,"