EN

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfərə gediblər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Prezident Administrasiyasının təşkilatçılığı ilə Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər.

Səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasının və Xocalının ziyarət olunması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca beşincidir. Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib.

Chosen
103
26
aznews.az

10Sources