EN

"Fənərbaxça" Mourinyo ilə müqaviləni uzatmağı planlaşdırır

Türkiyənin"Fənərbaxça" futbol klubu Joze Mourinyo ilə müqaviləni uzatmaq istəyir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo klubu ilə müqaviləsini uzada bilər.

"Operativ Media" xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubunun rəhbərliyi 62 yaşlı portuqaliyalının rəhbərliyi altında komandanın əldə etdiyi nəticələrdən razıdır və ona görə də yaxın vaxtlarda ona yeni müqavilə təklif edə bilərlər. Mourinyonun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Mourinyo 2024-cü ilin iyulunda "Fənərbaxça"nın baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 42 oyun keçirib, 27 qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 5 görüşdə məğlub olub.

25 turdan sonra "Fənərbaxça" Türkiyə çempionatında 61 xalla "Qalatasaray"dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Martın 6-da Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Fənərbaxça” “Reyncers”i qəbul edəcək. Matç Bakı vaxtı ilə 21:45-də olacaq.

Chosen
16
operativmedia.az

1Sources