EN

Qırğızıstan Tacikistanla münaqişəli əraziləri mübadilə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qırğızıstan Tacikistanla sərhədin delimitasiyası çərçivəsində vaxtaşırı münaqişəli vəziyyətlərin yarandığı əraziləri mübadilə edib".
Oxu.Az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində deyib.
"Torpaq mübadiləsi zamanı iki tərəf də strateji məqsədləri rəhbər tutmayıb. Biz ancaq daim münaqişələrin yarandığı əraziləri mübadilə etdik", - deyə S.Japarov bildirib.
Qırğızıstan rəhbərinin sözlərinə görə, ölkələr arasında mübadilə edilən torpaq sahələri ya anklavlardır, ya da sərhəd boyu dama sxemində yerləşir.
Qırğızıstan prezidenti əlavə edib ki, Tacikistanla sərhəd məsələsi birdəfəlik həll olub:
"Hər şey bitdi, nöqtə qoyuldu, hər iki tərəfin maraqları nəzərə alındı".
Chosen
37
oxu.az

1Sources