EN

Azərbaycan boksçusu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycanın qadın boksçusu Banuçiçək Nəsirli Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda polşalı Natalya Nieviadomska ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Chosen
23
6
azertag.az

9Sources