İran Azərbaycanın reallaşdırmaq istədiyi və ana torpaqla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin qarşısını kəsmək üçün daha bir hiyləyə əl atmağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, bu barədə İranda yayınlanan “Eqtesad News” saytı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, İran Ermənistanla yeni strateji saziş bağlamağa hazırlaşır. “Məqsəd Azərbaycan və Türkiyənin Zəngəzurdakı istəklərini neytrallaşdırmaqdır. İran və Ermənistanın oxşar mövqeyi bir tərəfdən Azərbaycan və Türkiyənin hərəkətlərinə təsir etmək, digər tərəfdən isə Cənubi Qafqaza, digər tərəfdən isə İrəvan bazarına çıxmaq məqsədi daşıyır”.