EN

“AFFA tərəfindən stadiona ilkin baxış keçirilib” – Masazır hazır?

Ölkəmizin əsas futbol komandası martın 25-də tarixində ilk dəfə “Bank Respublika Arena”da oyun keçirəcək. Həmin gün rəqibimiz Belarus olacaq.

Görəsən, AFFA stadionu təftiş edibmi? Stadion yığma səviyyəsində oyun qəbul etmək üçün hazırdımı? Bu sualları “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq:

"Bank Respublika Arena"da ardıcıl iki il Konfrans Liqasının təsnifat mərhələsinin oyunları keçirilib. Bu oyunlardan öncə avrokubok matçları üçün nəzərdə tutulmuş meyarlarla bağlı mövcud olan çatışmazlıqlar aradan qaldırılmışdı. Ümumilikdə son iki mövsümdə "Bank Respublika Arena"da dörd avrokubok oyunu keçirilib. AFFA tərəfindən stadiona ilkin baxış keçirilib. İlkin baxışın nəticələri barədə federasiya daha ətraflı məlumat verə bilər”.

ƏSƏD SEYİDOV
Chosen
53
football-plus.az

1Sources