EN

"Bayern" Kimmixi ispanla əvəz etmək istəyir - İngilislər imkan versələr

"Bayern Münhen" bu yay klubu tərk edəcək Coşua Kimmixi əvəzləyəcək yarımmüdafiəçi tapıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

Xəbərə görə, Almaniya nəhəngi "Atletiko Madrid"in futbolçusu Pablo Barriosu transfer etməyi qərara alıb.

21 yaşında Barrios Dieqo Simeonenin güvəndiyi gənc futbolçulardandır. Üstəlik, onun "Atletiko" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və bu, istənilən potensial danışıqları çətinləşdirə bilər. Bundan başqa, onun transferində "Çelsi" və "Liverpul" da maraqlıdır.

Əlavə edək ki, Barrios bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 28 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" 21 yaşlı ispaniyalının dəyərini 50 milyon avro qiymətləndirir.

Mirağa

Chosen
15
fanat.az

1Sources