EN

Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram

Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən sakin bundan sonrakı həyatlarında ötən illərin həsrət dolu yaralarını sağaldacaqlarını bildirib.

Bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə Ağdərə rayonunun Həsənriz kənd sakini Ceyhun Hüseynov deyib.

O, bu köçlə həm də doğma kənddə keçmiş uşaqlığına qayıtdığını vurğulayıb:

“Kəndimizə qayıdacağımız haqda xəbəri eşidəndə çox sevindik. Bu günü səbirsizliklə gözləyirdim. Elə indi də kəndə çatmağa tələsirəm. Bilirdim ki, saat 11-də yola düşəcəyik, ancaq mən saat 8-dən buradayam.

Bu da səbəbsiz deyil. Mən bu köçlə yalnız ata-baba yurduma yox, həm də Həsənrizin küçələrində keçən uşaqlığıma qayıdıram, o illərin xoş anlarını yaşayıram.

Artıq bu gündən sonra 33 il həsrətini çəkdiyimiz doğma yurdumuzda ötən illərin həsrət dolu yaralarını sağaltmağa çalışacağıq”.

Chosen
31
report.az

1Sources