Azərbaycan Dövlət Neft Fondu (ADNF) qızıl ehtiyatlarını genişləndirməkdə davam edir.
Valyuta.az Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalovun sözlərinə əsasən xəbər verir ki, bu il qızıl ehtiyatlarının 170 tona çatdırılması planlaşdırılır.
O bildirib ki, 2024-cü ildə artıq 44,8 ton qızıl alınıb və bunun 41 tonu ölkəyə gətirilib. Nəticədə Fondun ümumi qızıl ehtiyatları 146,6 tona yüksəlib.
“Alışlar davam edir və aprel-may aylarında əlavə qızıl alınaraq ehtiyatlarımızın 170 tona, portfeldəki payının isə 25%-ə yüksəldilməsi nəzərdə tutulur”, – deyə əlavə edilib.
Maya Hüseyova