“İnter”in hücumçusu Lautaro Martines klubun tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda “Feyenord”a qarşı fərqlənməklə buna nail olub. Martines “İnter”in heyətində ÇL-də 18 qol vuran tək futbolçu olub.
Daha əvvəl Sandro Matsola Avropa Kubokunda (hazırkı Çempionlar Liqası) 17 qolla yadda qalıb.
“İnter” “Feyenord”u səfərdə 2:0 hesab ilə məğlub edib.