EN

Bakının mərkəzində ZƏNCİRVARİ QƏZA:Üç avtomobil TOQQUŞDU- FOTO - VİDEO- YENİLƏNİB

"Şəmsi Bədəlbəyli küçəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi üç avtomobilin iştirakı ilə baş verib".

Bu məlumatı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

"Hadisə bu gün saat 8:20-də qeydə alınıb. 20-EN-741 dövlət nömrə nişanlı "Toyota", 77-RT-539 dövlət nömrə nişanlı "Hyundai" və 90-VU-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillər toqquşublar.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.(oxu.az)

***09:05

Bu gün səhər saatlarında Bakının mərkəzində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində bir "Toyota Prius" və iki "Hyundai" markalı avtomobillər bir-birinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.

Chosen
14
avtosfer.az

1Sources