EN

Rumıniya Rusiyanın Buxarestdəki hərbi, hava və dəniz attaşesini onun müavini ilə birlikdə “persona non qrata” elan edib

Rumıniya Rusiyanın Buxarestdəki hərbi, hava və dəniz attaşesini onun müavini ilə birlikdə “persona non qrata” elan edib.

AZƏRTAC Rumıniyanın Agerpres agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar “Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozan fəaliyyətə” görə verilib.

Nazirlikdən verilən məlumata görə, qərar Rusiya tərəfinə çatdırılıb.

Bəyanatda attaşe və müavinin “persona non qrata” elan edilməsinə səbəb olan fəaliyyətlərin dəqiqliyi göstərilməyib.

Chosen
18
1
xalqqazeti.az

2Sources