EN

İki nüvə dövləti savaşır, buna son qoyulmalıdır - Rubio

Ukraynadakı münaqişə iki nüvə dövləti - ABŞ və Rusiya arasında proksi müharibəsidir.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a deyib.

O, dalana dirənmiş Ukrayna münaqişəsinə son qoymağın tərəfdarı olduğunu bildirib.

“Tramp bunu çox uzanan və dalana dirənmiş münaqişə kimi görür və açığını desəm, bu, Ukraynaya kömək edən nüvə gücləri, ABŞ və Rusiya arasında proksi müharibədir. Dalana dirənmiş münaqişəyə son qoyulmalıdır”, - Rubio qeyd edib.

Chosen
44
publika.az

1Sources