"Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Uğurlarımıza davamlı töhfələr verən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası geniş, ölçüyəgəlməzdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Onun təşəbbüsü ilə dünyanın qeyri-maddi irsinə daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlər təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanın aldığı mükafatlar da, fəxri adlar da onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğunu açıqlayır. Onun fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31