EN

Bakıda müəllimlərə qarşı uyğunsuz davranışına görə direktorla bağlı araşdırma aparılır

Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. 

Qeyd olunub ki, bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və BŞTİ-nin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər. 

Chosen
20
15
operativmedia.az

10Sources