EN

Ermənistanın KTMT oyunu: Son nöqtə qoyuldu

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanla işgüzar əlaqələri davam etdirir".

Olaylar.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, təşkilat Ermənistanın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir:

"Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır. KTMT ilə əməkdaşlığı bərpa etməyə hazır olma siqnallarına gəlincə, münasibətlərin formatı dəyişməyib və olduğu kimidir".

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb, strukturu maliyyələşdirməkdən imtina edib. Həmçinin hərbi təlimlərdə və görüşlərdə iştirak etmir. Lakin KTMT-dən çıxmaq prosesinə təşəbbüs göstərməyib. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
1
olaylar.az

2Sources