EN

Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinintabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 marttarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkilolunacaq.

Trend-ə bubarədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, 12 gün fasiləsiz davam edəcək yarmarkanıntəşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kəndməhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təminetmək, fermer təsərrüfatları üçün alternativ satış kanalıyaratmaqdır.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkanın əsasüstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindənbirbaşa olaraq satışa çıxarılmasıdır.

Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermeriniştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kəndtəsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışaçıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədənqeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq.Həmin fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducuvə digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla özməhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etməkməqsədilə yarmarkada hər gün Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulunkeyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanınxidmətlərindən faydalana bilərlər.

Chosen
9
19
az.trend.az

10Sources