EN

Koreya ordusu öz kəndinə bomba yağdırdı: yaralılar var – VİDEO

Martın 6-da ABŞ-Cənubi Koreya birgə təlimlərində iştirak edən iki KF-16 qırıcısı səhvən Seuldan 42 kilometr şimal-şərqdəki Seungjin poliqonunun yaxınlığına səkkiz MK-82 bombası atıb.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Noqok kəndində yaşayış binalarına bombaların düşməsi nəticəsində azı 15 nəfər yaralanıb, kilsə də daxil olmaqla 7 binaya ziyan dəyib.

Koreya Hərbi Hava Qüvvələri MK-82 bombalarının KF-16 qırıcılarından uzaq məsafədən təlim zamanı təsadüfən buraxıldığını açıqlayıb.

/globalinfo.az/

Chosen
32
turkustan.az

1Sources