EN

Bakıda Latviya, Estoniya və Finlandiya şirkətlərilə növbəti görüş keçirilib

Bakıda "LEF Network Azerbaijan" layihəsi çərçivəsində, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilati dəstəyi ilə Latviya, Estoniya və Finlandiya şirkətləri ilə növbəti "B2B networking" tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan şirkətləri ilə adı çəkilən Avropa ölkələrinin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri arasında əlaqə qurmaq, işgüzar mübadilə aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün fürsət təqdim edib.

Xatırladaq ki, "LEF Network Azerbaijan" layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək verir. 

Chosen
8
report.az

1Sources