EN

Qranit Caka: "Maykl Oliver Premyer Liqada belə penalti təyin etməzdi"

style='margin-bottom:10px;'>

"Bayer"in yarımmüdafiəçisi Qranit Caka ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Bavariya"ya uduzmaqlarını (0:3) şərh edib.

QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu baş hakim Maykl Oliverdən narazı qaldığını söyləyib.

Referi 75-ci dəqiqədə Leverkuzen təmsilçisinin qapısına penalti təyin edib. Harri Keyn bu şansı dəyərləndirərək qol vurub.

Caka isə Maykl Oliverin penalti qərarı ilə razılaşmadığını bildirib: 

"Əgər cavab matçına "Bavariya"nın bugünkü əzmi ilə çıxsaq, qol vursaq, o zaman hər şey dəyişəcək. Şəxsən mən təslim olmayacağam.“Bavariya”ya qalib gələ bilərik. Maykl Oliver Premyer Liqada belə penalti təyin etməzdi. Bu məyusedicidir. Mən Mayklı İngiltərədən yaxşı tanıyıram".

Qeyd edək ki, "Bayer"lə "Bavariya" arasında cavab oyunu martın 11-də Leverkuzendə keçiriləcək.

Chosen
8
teleqraf.com

1Sources