EN

Tanzaniyada 1,5 milyon il yaşı olan sümük alətləri tapıldı

Tanzaniyada 1,5 milyon il yaşı olan dünyanın ən qədim sümük alətləri tapılıb.

Ölkə.az xəbər verir ki, bu barədə məqalə "Nature" jurnalında dərc olunub.

Begemot və fil ayağının sümüklərindən hazırlanmış bu alətlər Tanzaniyadakı Olduvai dərəsində aşkar edilib və əvvəllər tapılmış hər hansı obrazlı sümük alətlərindən bir milyon il daha qədimdir.

Elm adamları düşünür ki, bu araşdırma əcdadlarımızın düşünüldüyündən daha ağıllı olduğunu göstərir.

Alimlər daş alətlərin hazırlanmasında istifadə edilən üsulla alətə çevrilmiş 27 sümük parçasını tədqiq ediblər. Bu üsulda daha böyük bir daşdan istifadə edərək kiçik bir daşdan parçalar qoparılaraq kiçik daşa iti kənar verilir.

Həmidə İbrahimova

Chosen
8
olke.az

1Sources