EN

Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlaka investisiyalarının həcmi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları 3.5 milyard ABŞ dollarına, portfeldə payı isə 5.9%-ə çatıb".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Media dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində investisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O qeyd edib ki, fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 milyard dollar gəlir əldə edib:
"Daşınmaz əmlakın gəlirliliyi 2.9% təşkil edib. 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaları davam etdirməyi planlaşdırır".
Məhərrəm Əliyev
Chosen
28
1
oxu.az

2Sources