EN

Ölkənin siyasi partiyaları yenidən bir arada

Bakı. Trend:

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmışpolitoloq və siyasi şərhçilər, habelə internet televiziyakanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərnövbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi,Əsgəran və Xocalıya yola düşüblər.

Trend xəbər verir ki,siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habeləkonstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cürlayihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərəüstünlük verməsinin təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasimünasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühitiçərçivəsində təşkil olunan bu səfər sayca beşincidir. Bundan öncəölkə siyasilərinin birgə səfərləri Ağdam, Şuşa (2 dəfə) vəZəngilana təşkil olunub. Belə ki, partiya rəhbərlərinin vəpolitoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdamşəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşaşəhərinə təşkil edilib. Növbəti səfər çərçivəsində siyasilər ŞuşaBəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə stratejimüttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlikmənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. 2022-ci iliyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilanolub.

Cari səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasınınvə Xocalının ziyarət olunması nəzərdə tutulur.

Məqalədə:
Chosen
116
25
az.trend.az

10Sources