EN

Azərbaycana xaricdən lisenziyasız həkimlər gətirilir – Bu klinikada

Son günlər ölkədə lisenziyasız və sertifikatsız fəaliyyət göstərən həkimlər aşkar edilir və məlum olur ki, heç onların tibbi təhsili belə yoxdur.

Bu azmış kimi hələ ölkəyə xaricdən gətirilən lisenziyasız həkimlər də var.

Tribunainfo.az-ın məlumatına görə, Sankt-Peterburqdan olan fleboloq (varikoz damar cərrahı) İvan Stepnov martın ayının 5-i və 7-də Bakıda olacaq.

Qeyd edək ki, Rusiyadan gələn cərrah pasientləri “Azər Türk Med” klinikasında qəbul edəcək. Hətta klinika müştəri cəlb etmək üçün konsultasiyalara 40 faiz endirim də təşkil edib.

Chosen
11
2
tribunainfo.az

3Sources