EN

Polşa 7,7 milyard dollarlıq təhlükəsizlik və müdafiə fondu yaradır

Bakı, 6 mart, AZƏRTAC

Polşada Milli Bərpa Planı çərçivəsində 30 milyard zlotı (təxminən 7,7 milyard dollardan çox) həcmində yeni təhlükəsizlik və müdafiə fondu yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşanın maliyyə və regional siyasət naziri Katajina Pelçinska-Naleç açıqlayıb.

“Biz 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik və müdafiə fondu yaradırıq. Yeni fond yollar və sığınacaqlar kimi ikili təyinatlı investisiyalar üçün dəstək alacaq yerli hökumətlər tərəfindən istifadə olunacaq. İnvestisiyalar, həmçinin müdafiə tədqiqatlarını və Polşa silah şirkətlərinin istehsalına dəstəyi əhatə edəcək”, - deyə nazir bildirib.

Yeni müdafiə fondunun yaradılması artıq Avropa Komissiyası ilə razılaşdırılıb.

 

Chosen
9
azertag.az

1Sources