EN

Dron Koalisiyası çərçivəsində Ukraynanın aldığı yardımın həcmi açıqlanıb

Dron Koalisiyası fəaliyyət göstərdiyi bir il ərzində Ukrayna tərəfdaşlardan 2 milyard avrodan çox yardım alıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu yardım həm pilotsuz uçuş aparatlarının (PUA) tədarükü, həm də yerli və xarici istehsal olan dronların alınması üçün maliyyə dəstəyi şəklində həyata keçirilib.

Qeyd edək ki, Dron Koalisiyası 2024-cü ilin fevralında Ramşteyn formatında keçirilən 19-cu görüş zamanı Latviya və Ukraynanın təşəbbüsü ilə yaradılıb. Hazırda Latviya və Böyük Britaniya koalisiyanın işini əlaqələndirir. Liderlərdən başqa, koalisiyaya daha 15 dövlət – Avstraliya, Çexiya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Almaniya və İsveç daxildir.

Chosen
23
1
poliqon.az

2Sources